Kabildə törədilən partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb
31.10.2017 [21:02]
Xəbərin mətni
İŞİD qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi Vəzir-Əkbər-Xan diplomatik məhəlləsində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Bir qədər əvvəl KİV-lər insident nəticəsində 13 nəfərin öldüyü və daha 13 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdılar.
Partlayışı 13 yaşlı kamikadzenin törətdiyi bildirilir.