Şəmkirli fermer 60 sot ərazidən 1 ton yer fıstığı götürməyi planlaşdırır
01.11.2017 [15:11]
Xəbərin mətni
Şəmkir rayonunun Sarıtəpə kəndində yer fıstığının yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, yer fıstığı 80-ci illərdə Özbəkistandan Şəmkirə gətirilib və Sarıtəpə kəndində məskunlaşan məhsəti türkləri tərəfindən əkilib. Bu bitkinin becərilməsi zəhmətli olsa da, daimi bazarı var və gəlirli sahə sayılır.