Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans keçirilib

09.11.2017 [13:00]

Xəbərin mətni
İsveçrənin Cenevrə şəhərində multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans keçirilib. Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib.