Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda üç mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

10.11.2017 [11:54]

Xəbərin mətni
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun üç kəndində sakinlərin “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması üçün yeni qaz xəttinin çəkilişinə başlanılıb. AZƏRTAC xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra Dədəli, Palıdlı və Qusarçay kəndlərində yaşayan 3 minə yaxın abonentin yüksəktəzyiqli təbii qazla təchizatı təmin olunacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI