Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib

10.11.2017 [17:28]

Xəbərin mətni
Noyabrın 10-da Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar təşkil olunan konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən nümayəndələr, QHT-lərin, KİV-lərin təmsilçiləri iştirak ediblər.