Ağstafa rayonu ərazisində 4 yeni avtomobil körpüsü inşa edilib
11.11.2017 [11:28]
Xəbərin mətni
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində həyata keçirilən 4 körpünün tikintisi yekunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.