Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyasına başlanılıb
11.11.2017 [14:59]
Xəbərin mətni
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən kampaniya “Hərəyə bir ağac əkək” devizi altında keçirilir.
Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, YAP-ın çoxsaylı üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri, o cümlədən fəal gənclər iştirak ediblər.