Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb

13.11.2017 [10:03]

Xəbərin mətni
Təbii fəlakət mindən çox insanın yaralanmasına səbəb olub. Noyabrın 12-də İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bağdaddan 204 kilometr şimal-şərqdə və İranın Kermanşah şəhərindən104 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.