Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

15.11.2017 [17:53]

Xəbərin mətni
Noyabrın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.