ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib
17.11.2017 [11:28]
Xəbərin mətni
Noyabrın 16-da ATƏT-in Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ATƏT məkanında məcburi köçkünlər üçün ədalətə əlçatanlıq və bunun münaqişələrin həlli prosesində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.