Şanxayda 90 metr dərinlikdə tikilən otel - Açılışı gözlənilir
17.11.2017 [17:43]
Xəbərin mətni
Çinin Şanxay şəhərinin 5 ulduzlu “Songjiang InterContinental” otelinin tikintisi başa çatmaq üzrədir. Otel 90 metr dərinliyi olan karxanada yerləşir. Mehmanxananın 2018-ci ilin mayında açılması gözlənilir. Bina demək olar ki, tamamilə yer səviyyəsindən aşağıdadır. Onun cəmi iki mərtəbəsi yer səthindən yuxarıda, iki mərtəbəsi isə su altında yerləşir. Oteldə 370 nömrə olacaq. Binanın üzərindən şəlalə axacaq.