Sloveniyanın Maribor şəhərində Mehdi Hüseynzadənin abidəsi açılıb
17.11.2017 [20:21]
Xəbərin mətni
Noyabrın 17-də Sloveniyanın Maribor şəhərində Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin abidəsi açılıb.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyi, Sloveniya Müharibə Veteranları İttifaqı və Maribor şəhəri meriyasının birgə layihəsi əsasında baş tutan açılış mərasimində Sloveniyadakı diplomatik korpusun, hərbi attaşeliyin nümayəndələri, Sloveniya parlamentinin üzvləri, veteran təşkilatlarının təmsilçiləri, şəhər meriyasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.