Yazıçı-publisist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub
17.11.2017 [21:17]
Xəbərin mətni
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. İştirakçıları əvvəlcə foyedə Ə.İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.