Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib

18.11.2017 [19:12]

Xəbərin mətni
Festivalda fındıqdan hazırlanmış geniş çeşiddə məhsullar sərgilənib, müxtəlif müsabiqələr təşkil olunub. Bir-birindən maraqlı əl işləri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi isə Zaqatala rayonunun payına düşür.