Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında əsaslı təmir işləri yekunlaşıb
20.11.2017 [18:10]
Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında əsaslı təmir işləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə institutun əsas korpusu, iş otaqları və laboratoriyalar təmir olunub. Hazırda yeni yaradılan laboratoriyalarda müasir avadanlıqlar quraşdırılır.