MƏDƏNİYYƏT


Nigeriyanın məşhur STV telekanalı Azərbaycan mətbəxi silsiləsindən növbəti verilişini təqdim edib

Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində Azərbaycan mətbəxindən nümunələr silsiləsindən növbəti təqdimat olub. AZƏRTAC xəbər verir ki, Nigeriyada yaşayan həmyerlimiz Billurə Bayramova tamaşaçılara bu dəfə milli mətbəximizin ən ləziz təamlarından olan düşbərə və qutab barədə danışıb. O, aparıcıya düşbərə, ət və göyərti qutabının içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını izah edib.