Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi Astanada qeyd olunub

27.11.2017 [19:39]

Xəbərin mətni
Noyabrın 27-də paytaxt Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı rəsmi qəbul təşkil olunub. AZƏRTAC xəbər verir ki, qəbulda Azərbaycanın nümayəndə heyəti, Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.