RƏSMİ


Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyi yenidənqurmadan sonra istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış oldu. Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir.