Prezident İlham Əliyev Kosta Rikanın xarici işlər və etiqad nazirini qəbul edib
29.11.2017 [15:00]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd etdi. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirdi ki, bu, ölkəsinin strateji qərarıdır.