Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
30.11.2017 [14:24]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri ilə birlikdə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində iştiraklarını məmnunluqla xatırladı.