Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
30.11.2017 [14:33]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd etdi və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğuladı.