RƏSMİ


Prezident İlham Əliyev Hindistanın xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar dedi: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın Baş naziri, rəhbərliyi və xalqı adından Sizi təbrik edirəm”.