RƏSMİ


Prezident İlham Əliyev: Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizm hesab edir

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak ediblər.