RƏSMİ


Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi imzaladılar.