Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiya ilə işini davam etdirib

01.12.2017 [16:42]

Xəbərin mətni
Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiya ilə işini davam etdirib. AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin istər Prosesdə iştirak edən dövlətlər, istərsə də Prosesə dəstək verən dövlətlərin və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut etdiyini söyləyib. O bildirib ki, bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.