Almaniyada ixtisasartırma kurslarında 338 sahibkar və gənc menecer iştirak edib
04.12.2017 [14:57]
Xəbərin mətni
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 338 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının kiçik və orta sahibkarlığın inkişafında rolu" mövzusunda seminar keçirilib.