CƏMİYYƏT


“Bakutel-2017” sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur

Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi - “Bakutel-2017”də AZƏRTAC öz stendi ilə təmsil olunur. Hər il olduğu kimi, bu dəfə də AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından bəhs edən videoreportajlar, Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları üçün hazırlanmış fotoalbom nümayiş olunur.