Azərbaycan Dövlət İnformasiya Agentliyi

Los-Ancelesdə meşə yanğınları 50 min hektar əraziyə yayılıb

07.12.2017 [16:54]

Xəbərin mətni
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsinin rəhbərliyi meşə yanğınları səbəbindən regionun tarixində ən yüksək təhlükə səviyyəsi elan edib. Los-Anceles şəhərində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Hazırda ştatın cənubundakı dörd ayrı-ayrı rayonda meşə yanğınları davam edir. Təbii fəlakətdən zərər çəkən ərazilərin sahəsi demək olar ki, 50 min hektara çatıb.