Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib
12.12.2017 [20:30]
Xəbərin mətni
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gəlib.