Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Azərbaycana həsr olunub
16.12.2017 [11:59]
Xəbərin mətni
Verilişə Bakı, Astara və digər bölgələrdən olan vətəndaşlar qatılıblar. İştirakçılardan biri şoumen, prodüsser və “Bakılı oğlanlar” komandasının aktyorlardan Murad Dadaşov olub. O, verilişin aparıcısı Leonid Yakuboviçə məşhur Azərbaycan mürəbbəsi hədiyyə edib və ona Azərbaycana iyul ayında etdiyi səfəri xatırladıb. Azərbaycanlı şoumen “Qarabağ” klubunun UEFA Çempionlar Liqasında oynayan bütün oyunçuların imzaladığı topu və xüsusi formanı Yakuboviçə təqdim edib.