Prezident İlham Əliyev İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.12.2017 [20:35]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu dedi.