MƏDƏNİYYƏT


Bakıda türkiyəli gənc rəssamın karikaturalarından ibarət sərgisi açılıb

Dekabrın 20-də Türkiyənin Azərbaycandakı səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin karikaturalarından ibarət “Bir millət, iki dövlət” adlı sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə reallaşan sərgidə rəsmi şəxslər, deputatlar, mədəniyyət xadimləri iştirak ediblər.