Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib
20.12.2017 [17:53]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Malkolm Honlayn Prezident İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırladı. Qonaq Bakıya hər dəfə gəldikdə burada gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.