RƏSMİ


Prezident İlham Əliyev IBM korporasiyasının baş vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də IBM korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib. AZƏRTAC xəbər verir ki, Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini dedi. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğuladı.