Berndə Bakı şəhərinin “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib
21.12.2017 [11:28]
Xəbərin mətni
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi bu ölkənin paytaxtı Bern şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirib.
Mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılıblar.