İtaliya-Azərbaycan parlamentlərarası assosiasiyasının fəaliyyəti müzakirə olunub
21.12.2017 [16:29]
Xəbərin mətni
Dekabrın 19-da İtaliya parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan parlamentlərarası assosiasiyası tərəfindən cari il ərzində görülmüş işlərin yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə assosiasiyanın üzvü olan italyan senator və deputatlar, habelə İtaliyanın siyasi, elmi-akademik, işgüzar çevrələrinin nümayəndələri iştirak ediblər.