RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş ilə görüşüb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik etdi və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.