CƏMİYYƏT


Bakıda V Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

Dekabrın 21-də Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu ke,irilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib. Gənclər və idman naziri Azad Rəhimov forumda çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb.