SİYASƏT


“2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransı plenar iclaslarla davam edib

Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirib. AZƏRTAC xəbər verir ki, birinci plenar iclas Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluğu ilə keçirilib.