Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini - daxili işlər nazirini qəbul edib
23.12.2017 [13:45]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi.