Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kabildə partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

25.12.2017 [12:47]

Xəbərin mətni
Dekabrın 25-də səhər saatlarında terrorçu kamikadze Əfqanıstanın paytaxtı Kabildə kəşfiyyat xidməti binasının girişində partlayış törədib. Hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, iki nəfər isə yaralanıb. Həlak olanlar arasında bir polis və bir hərbçi də var.