Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Artisti Ağaxan Abdullayevin xatirəsi yad edilib

25.12.2017 [16:27]

Xəbərin mətni
Bu gün milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Ağaxan Abdullayevin vəfatından bir il ötür. Bu münasibətlə görkəmli muğam ifaçısının dəfn olunduğu Xəzər rayonunun Türkan qəsəbəsində böyük sənətkarın xatirəsi anılıb. Mərasimdə mərhum xanəndənin yaxınları, doğmaları, dostları, tanınmış incəsənət və mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.