Azərbaycan Dövlət İnformasiya Agentliyi

Madriddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Yeni İl qeyd olunub

28.12.2017 [12:00]

Xəbərin mətni
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Madriddə və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar iştirak edib. Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov həmvətənlərimizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara ölkəmizin inkişafı naminə göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb.