Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

29.12.2017 [14:37]

Xəbərin mətni
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən bu bayram münasibətilə təbriklərini çatdırıb.