Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayram günlərində 10 mindən çox turist Şahdağ Turizm Mərkəzində dincəlib

04.01.2018 [12:24]

Xəbərin mətni
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib.