Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da qar fırtınası nəticəsində azı 14 nəfər həyatını itirib

05.01.2018 [15:05]

Xəbərin mətni
ABŞ-ın şərq sahillərində güclü külək və şaxta ilə müşayiət olunan qar fırtınası nəticəsində azı 14 nəfər həlak olub. Onlardan yeddisi pis hava şəraitinin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirib. Sinoptiklər siklonu “meteoroloji bomba” adlandırırlar.