Şarl Aznavurun miqrantlarla bağlı fikirləri Fransa cəmiyyəti tərəfindən mənfi qarşılanıb
09.01.2018 [13:12]
Xəbərin mətni
Erməni mənşəli müğənni Şarl Aznavurun France 2 televiziya kanalında miqrantlarla bağlı dediyi fikirlər bu ölkədə mənfi qarşılanıb. Verilişin iştirakçısı pianoçu Katya Bunyatişvili Şarl Aznavurun da miqrant olduğunu xatırladaraq, Fransanın miqrantların qəbulu ilə bağlı yaxşı vəziyyətdə olmadığını deyib və erməni müğənninin bununla bağlı fikirlərini soruşub. Aznavur isə bu suala gülünc doğuran cavab verib və hətta söylədiyi bu fikirlərə görə onun haqqında lətifə də yayılıb. Fransanın bəzi KİV-ləri həmin lətifə və onunla bağlı digər istehzalı xəbərlər yazıb.