MƏDƏNİYYƏT
Xaçmazda turizm və otelçilik sahəsindəki yeniliklər müzakirə olunub
16.01.2018 [14:27]
Xəbərin mətni
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nabranda təşkil olunan “Turizm dostları bir arada” adlı tədbirdə son illər ölkəmizə rekord sayda xarici turistin gəldiyi qeyd olunub. Bildirilib ki, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım qeydə alınıb. Ötən il ölkəyə gələn turistlərin sayı 2,7 milyon nəfər təşkil edib. Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan vətəndaşlar qonaq gəlib.