Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur

19.01.2018 [11:04]

Xəbərin mətni
Balakən rayonunda 44 min əhalinin yaşadığı və 15 yaşayış məntəqəsini əhatə edən 24,5 kilometr uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ildə ümumi uzunluqları 54 kilometr olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Artıq həmin yollardan birində - Balakən-Qazbinə-İtitala avtomobil yolunda təmir-tikinti işlərinə başlanılıb.