Azərbaycanın şimal rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2018 [15:00]
Xəbərin mətni
Xaçmazda minlərlə rayon sakini Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət edib.
Ziyarətçilər 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.